Səhiyyə Nazirliyinin və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İyulun 9-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Aksiya zamanı 116 nəfər könüllü olaraq qan verib.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, bundan əlavə 09.07.2011-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Bulvar İdarəsində könüllü qanvermə aksiyası təşkil edilib. Aksiyada 67 nəfər könüllü olaraq qan verib.
Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB