40 körpələr evi-uşaq bağçasında və 11 orta ümumtəhsil ocağında istilik sisteminin bərpasına ehtiyac var
Bakıdа 6320 şagird yerlik məktəb binasının, 2 məktəbdə idman və akt zalının, 120 yerlik uşaq bağçasının tikintisi, 36 məktəbdə və 57 uşaq bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri həyata keçirilir. Bu barədə SİA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, 2010-2011-ci tədris ilində 10 körpələr evi- uşaq bağçasında Azərİstilik ASC tərəfindən müəssisələrin istilik sistemi dəyişdirilib. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən isə 7 körpələr evi- uşaq bağçasında istilik sistemi dəyişdirilərək yenisi ilə əvəz edilib.
"Aparılan araşdırmalar zamanı məlum olub ki, 40 körpələr evi-uşaq bağçasında istilik sisteminin bərpasına ehtiyac var. Həmin bağçaların siyahısı artıq Təhsil Nazirliyinə təqdim edilib.Məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, orta ümumtəhsil məktəblərinin istilik sistemi ilə bağlı vəziyyət də araşdırılıb və 11 orta ümumtəhsil ocağında da istilik sisteminin dəyişdirilməyə ehtiyacı olduğu aşkarlanıb. Cari tədris ili müddətində Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən istilik sistemi dəyişdirilən ümumtəhsil müəssisələrinin sayı 10-dur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində də əsaslı təmir işlərinə başlanılıb. Təmir işləri 3 müəssisəsində aparılır. Həmin müəssisələr 13 № - li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər (İOEUG) İdman Məktəbi, 20 № - li Uşaq Yaradıcılıq Mərkəzi (UYM) və 35 № - li Texniki Yaradıcılıq Mərkəzidir\", - deyə o əlavə edib.
O qeyd edib ki, təmir işlərinin 2011-2012-ci tədris ilinin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.40 körpələr evi-uşaq bağçasında və 11 orta ümumtəhsil ocağında istilik sisteminin bərpasına ehtiyac var.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB