Təhsil Nazirliyinin “Qaynar xətt”inə 4781 müraciət daxil olub

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, müraciətlərin4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edil­ib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apellyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub. Digər sorğularda müəllimlərin müsabiqə yolu ilə işə qə­bulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, onların yaş senzi, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının he­sab­lan­ması, təhsil sənədlərinin alınması, ümumtəhsil məktəb məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları ilə əlaqədar məsələlər öz əksini tapıb.

Bütün bu sorğular "Qaynar xətt" xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb.

Bir sıra müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs olunur. 84 belə müraciət əsasında araşdırmalar apa­rıl­ıb və prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Ötən ay "Qaynar xətt" xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhərlərindən, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması,təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində ça­tış­mazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və digər mə­sələlər əksini tapıb.

"Qaynar xətt" xidmətinə texniki-peşə təhsili müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Bakıdakı 3, 7,15 nömrəli və Gəncədəki 3 nömrəli peşə liseylərindən daxil olan müraciətlərdə bir sıra nöqsanlara, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərə toxunulub. Bununla əlaqədar "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər ciddi şəkildə araş­dı­rıl­araq müvafiq tədbirlər həyata keçirilib.

İyun ayında məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 11 şikayət məzmunlu müraciət daxil olub. Həmin müraciətlərdə Bakı (8 müraciət) və Gəncə şəhərindəki (2 müraciət), habelə Şabran rayonundakı (1 müraciət) uşaq bağçalarında bu müəssisələrə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunur.

İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər.

Özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet(1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu

müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb.

Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin

təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...