Məleykə Abbazadə: “I ixtisas qrupu üzrə abituriyentlərin 1800 nəfəri hələ də “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib” - FOTOSESSİYA

Məleykə Abbazadə: “I ixtisas qrupu üzrə abituriyentlərin 1800 nəfəri hələ də “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib” - FOTOSESSİYA

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin 2011/2012-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş növbəti həftəlik mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, M.Abbaszadə TQDK tərəfindən keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri, iyulun 10-da keçiriləcək I ixtisas qrupu üzrə imtahanlar barədə ətraflı məlumat verib. O bildirib ki, iyulun 10-da baş tutacaq I ixtisas qrupu qəbul imatahanlrı respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada keçiriləcək: "Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq. 2011-ci ildə I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlanlar, 13762 nəfərini isə qızlar təşkil edir. 18257 nəfər orta ümumtəhsil məktəblərinin builki, 13974 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 24152 abituriyent, Naxçıvanda 1327 abituriyent, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 3-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Ancaq abituriyentlərin 1800 nəfəri hələ də "İmtahana buraxılış vərəqəsi"ni çap etməyib. Bu il I ixtisas qrupu üzrə sənəd verən 200 məzun isə attestat ala bilməməsi səbəbindən imtahanda iştirak edə bilməyəcək".

TQDK sədri qeyd edib ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. Onun sözlərinə görə, I ixtisas qrupu üzrə qəbul imtahanında oğlanların sayı üstünlük təşkil etdiyindən nizam-intizamı qorumaq daha çətin olacaq. M.Abbaszadə bildirib ki, III ixtisas qrupu qızların sayı üstünlük təşkil etdiyindən imtahan qaydalarına daha çox əməl olunub

"Qızlar qayda-qanunlara daha çox əməl edirlər, oğlanlar isə bir az şuluq olurlar. Bir daha xatırladıram ki, imtahana telefon, hər hansı bir qurğu və əlavə materiallar gətirmək olmaz. Belə hallar imtahana buraxılış prosesini daha da çətinləşdirir. Kim bizi aldatmaq istəsə, onların bu istəyi baş tutmayacaq. İmtahana bilik yqarışıdır və abituriyentlər yalnız öz güclərinə inanmalıdırlar".

M.Abbaszadə qeyd edib ki, TQDK ali təhsil müəssisələrinin ixtisaslarını seçmək hüququ qazanan abituriyentlərə kömək məqsədi ilə bir sıra vəsaitlər çap edib. "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" və "Ali təhsil müəssisələrinin Bakalavr ixtisasları" adlı vəsaitlərin hazırlandığını deyən TQDK sədrinin sözlərinə görə, vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya onu www.abiturient.az saytından sifariş etmək olar: "Bundan əlavə, komissiya 2010-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları olan vəsaiti nəşr edib. Bu vəsait ötən illərdə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid balları ixtisas seçimi zamanı abituriyentlərə düzgün istiqamət götürməkdə kömək edə bilər"

Daha sonra TQDK sədri magistraturaya qəbul olan bakalavrları daxil olduqları ali məktəblərdə vaxtında qeydiyyatdan keçməyə çağırıb. Sonra isə M.Abbaszadə qəbul kampaniyasının gedişi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə