Saatlı rayonunun təhsilində bu il də geriləmə müşahidə olunub. SİA-nın Aran bürosuna Saatlı rayon Təhsil Şöbəsindən verilən məlumatdan o qənaətə gəlmək olar ki, bu il 28 orta ümumtəhsil müəssisəsindən 11-ci sinifi bitirən 798 şagird məzun adını qazanıb. İlin əvvəlində 11-ci sinifdə təhsil alan şagirdlərin sayı 908 nəfər olub. Bunlardan 75 nəfəri dərs ilinin sonuna qədər qızlardan erkən yaşlarında ailə quranlar, oğlanlardan isə hərbi xidmətə könüllü yollananlar olub. Attestat almaq üçün buraxılış imtahanında iştirak edən 798 nəfər məzundan 248 nəfəri mənfi qiymət alaraq cəmi 550 nəfər şagird müsbət qiymətləndirilib. Buda 69,2 faizi təşkil edib. Bu faiz bu ilin nəticələrinə görə dahada aşağı ola bilərdi. Çünki ötən il buraxılış imtahanından kəsilən 119 nəfərdən bu il 99 nəfəri yenidən imtahanlara qatılaraq iştirak edib və 69 nəfəri müsbət nəticə əldə edib. Buna baxmayaraq ötən il buraxılış imtahanlarında uğur qazananların faiz göstəricisi 76 olub. Müqayisədə ötən illə bu ilin faiz hesablamasında təhsildə tədrisin keyfiyyətinin ilbəil aşağı düşdüyü hiss olunur. Ən ağrılı məqam isə gənc qızların təhsildən uzaqlaşdırılaraq erkən yaşında ərə verilməsidir. Saatlı təhsilinin acınacaqlı vəziyyəti cavabdeh Təhsil Şöbəsini əlavə tədbirlər görməyə sövq edəcəkdir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB