Nazir: “65 yaşına çatan müəllimlərin sentyabr ayına qədər təqaüdə göndərilməsi ilə bağlı rəsmi göstəriş olmayıb”

Nazir: “65 yaşına çatan müəllimlərin sentyabr ayına qədər təqaüdə göndərilməsi ilə bağlı rəsmi göstəriş olmayıb”

\"Gürcüstan müstəqil ölkədir. Əgər Gürcüstan tərəfindən dərsliklərin olmaması ilə bağlı Təhsil Nazirliyinə hər hansı bir müraciət daxil olursa, bunlar göndərilir\". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən təhsil naziri Misir Mərdanov bu yaxınlarda Gürcüstanın təhsil nazirinin Azərbaycanda səfərdə olduğunu da xatırladıb və bu məsələlərin müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, Gürcüstanda ölkə standartlarına uyğun dərsliklər buraxılır və onlar Azərbaycan dilinə tərcümə edilir.

Nazir daha sonra 65 yaşlı müəllimlərin sentyabr ayından işdən çıxarılması və ya təqaüdə göndərilməsi məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, hələlik 65 yaşına çatan müəllimlərin sentyabr ayına qədər təqaüdə göndərilməsi ilə bağlı rəsmi göstəriş olmadığına görə bu müzakirə mövzusu deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə