Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Türkiyə Cümhuriyyətinin Giresun Universitetinin rektor əvəzi professor, doktor Aygün Attarı qəbul edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SİA-ya verilən xəbərə görə, görüşdə əsasən Bakı Dövlət Universiteti ilə Giresun Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Qərara alınıb ki, ali təhsil ocaqları gələcəkdə birgə konfrans və simpoziumlar təşkil etsin, qrant və proqramlar üzərində işləsinlər.
Tərəflər təhsil ocaqları arasında ikitərəfli əlaqələrin faydalı olacağına əminliklərini ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB