III qrup üzrə ərizə təqdim edən 32869 abituriyentdən 1813-ü imtahana gəlməyib

III qrup üzrə ərizə təqdim edən 32869 abituriyentdən 1813-ü imtahana gəlməyib

Ötən gün keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanından 29 abituriyent qovulub. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbaut katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, həmin abituriyentlər "Sual kitabçası"nı dəyişməyə və köçürməyə cəhd ediblər. Onun sözlərinə görə, abituriyentlər arasında imtahana telefon gətirmə faktı qeydə alınmayıb.

"İmtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada keçirilib.Orta ümumtəhsil müəssisələrindən 2508 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 247 imtahan rəhbəri cəlb olunub. Ən yaşlı abituriyent 1939 -cu ildən, ən gənc isə 1996-cı ildəndir. 2011-ci ildə III qrup üzrə ərizə təqdim edən 32869 abituriyentdən 1813-ü imtahana gəlməyib", - deyə o əlavə edib.

E.Nağızadə vurğulayıb ki, qəbul imtahanlarının nəticələri iyulun 6-sı açıqlanacaq. O qeyd edib ki, nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə