İyulun 5-dən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanacaq
İyulun 5-dən etibarən orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulu başlanacaq. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, Azərbaycan Nazirlər Kabineti artıq ümumi orta təhsil bazasından 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul planını TQDK-ya təqdim edib. Onun sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. E.Nağızadə vurğulayıb ki, SQK-lar hər gün-şənbə, bazar və bayram günləri istisna olmaqla saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
"Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisasları seçə bilərlər.Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent iyulun 5-dən 20-dək Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməli, iyulun 30-dan avqustun 5-dək YQYK-da seçmə turda iştirak etməli, seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK- da ərizəsini təsdiq etdirməlidir. Xüsusi qabiliyyət tələb edən ixtisası yalnız seçmə tur zamanı müvafiq yoxlamadan məqbul alan abituriyent seçə bilər.Abituriyent xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilər", - deyə o əlavə edib.
E.Nağızadə qeyd edib ki, abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verirlər. İmtahanda abituriyentlərə hər fəndən 15 sualın təqdim olunduğunu dyeən komissiya sözçüsü bildirib ki, rus bölməsinin abituriyentləri "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının qanununa əsasən ana dili fənn bloku daxilində rus dili fənni ilə yanaşı Azərbaycan dili fənnindən də imtahan verirlər: "Rus bölməsinin abituriyentlərinə Azərbaycan dili fənnindən 5, rus dilindən 10 sual təqdim olunur. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxıngünlərdə "Abituriyent" jurnalının 4-cü sayında dərc olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB