BDU-nun rektoru Qazaxıstan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb-FOTO

BDU-nun rektoru Qazaxıstan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb-FOTO

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda səfərdə olan Qazaxıstanın təhsil naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Rektor Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlığa əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyündən danışıb.

Öz növbəsində Bakıdjan Jumaqulov Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, Nano Araşdırmalar Mərkəzi ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə