Ali məktəblərə qəbul qaydaları dəyişilə bilər

Ali məktəblərə qəbul qaydaları dəyişilə bilər

"Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq. "Təhsil haqqında" qanunda güzəşt sözü yoxdur, çünki imtahanlar bilik yarışıdır".SİA-nın xəbərinə görə, bu barərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, medal vermə mexanizmi, Təhsil Nazirliyinin buraxılış imtahanlarında aparılan qiymətləndirmə mexanizmi özünü təsdiqləsə, attestatdakı qiymətlər uşaqların real biliklərini əks etdirsə, o zaman ali məktəblərə qəbul qaydaları dəyişiləcək. Onun sözlərinə görə, burada təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq. Qəbul qaydalarının bu il də dəyişilməsinin mümkün olduğunu deyən TQDK sədri artıq bu istiqamətdə iş apardıqlarını vurğulayıb.

M.Abbaszadə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtının dəyişdirilməsi məsələsinə də münaisbət bildirib. O vurğulayıb ki, orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq plan yerləri barədə məlumatlar Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunmadığından sənəd qəbulunun nə vaxt başlayacağı barədə dəqiq söz demək çətindir. Onun sözlərinə görə, plan yerləri yaxın 1-2 gün ərzində komissiyaya təqdim olunmalıdır və bundan sonra da sənədlərin qəbuluna başlamaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə