Sertifikasiya prosesinə dair növbəti test imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə edib

Sertifikasiya prosesinə dair növbəti test imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə edib

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri artıq müəyyənləşib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyunun 29-da əczaçılıq, terapiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 128 həkim iştirak edib. İştirakçılardan 13 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. İmtahanlarda iştirak edən həkimlərdən 125 (98%) nəfəri uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları fizioterapiya və tibbi bərpa və pediatriya ixtisasları üzrə iyulun 6-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə