Azərbaycan Təfəkkür Universiteti bağlanacaqmı?

Azərbaycan Təfəkkür Universiteti bağlanacaqmı?

\"Bu il buraxılış imtahanlarında 1 ikisi olan şagirdlərin qiymətlərinin hər hansı bir yolla düzəldilməsi ilə bağlı müəyyən söhbətlər gəzir. Amma bunlar əsassızdır. 1 ikisi olan şagirdlərin heç birinə hər hansı bir güzəşt olmayacaq". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalsitlərə açıqlamasında deyib. O bildirib ki, orta məktəb şagirdlərinin attestat bazası iyunun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilib. Bundan sonra hər hansı bir dəyişiklik etməyin mükün olmadığını deyən nazir qeyd edib ki, artıq ictimaiyyət də imtahanların bu şəkildə təşkil olunduğunu bilsin.

"Artıq imtahandan kəsilən uşaqları üçün heç bir xahiş keçilə bilməz. Bu hadisələr imtahan tarixində çox ciddi bir hadisə olacaq. Orta məktəblərdə keçirilən buraxılış imtahanlarından narazı qalanların şikayətlərini araşdırmaq üçün komissiya fəaliyyət göstərir. Narazılar müraciət edə bilərlər. Müraciətlər əsasında ancaq mexaniki səhvlər düzəldilə bilər, əsassız düzəldilmələr olmayacaq", - deyə o əlavə edib.

Azərbaycan Təfəkkür Universitetində yoxlamalar aparılması və həmin universitetin bağlanması barədə suallara cavabında isə M.Mərdanov bu barədə məlumatının olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə