Misir Mərdanov bu il keçirilən mərkəzləşmiş buraxılış imtahanlaırnın nəticələrini açıqladı - STATİSTİK GÖSTƏRİCİLƏR

Misir Mərdanov bu il keçirilən mərkəzləşmiş buraxılış imtahanlaırnın nəticələrini açıqladı - STATİSTİK GÖSTƏRİCİLƏR

Bu il orta ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsi üzrə (11 illik) 9834 nəfər şagird mərkəzləşdirilmiş buraxılış imtahanlarına buraxılıb. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfrasında məlumat verib. O bildirib ki, 87.578 nəfər imtahanda iştirak edib, 3.256 nəfər isə imtahanda iştirak edə biməyib. Nazirin sözlərinə görə, bu səviyyədə 42 nəfər şagird müəyyən naliyyətlərinə görə, 727 şagird isə xəstəliyinə görə təhsil nazirliyin əmiri ilə buraxlış imtahanlarından azad olub: "İmtahanların nəticəsinə əsasən 50.771 nəfər müsbət qiymət alıb ki, bu da 57,97% faizdir. İmtahanlarda uğursuz nəticə göstərən 36.807 nəfərdir ki, bu da 42,03 % təşkil edir. Ancaq attestat alanların ümumi sayı belə deyil. Çünki atestat verərkən həm 9-cu sinfin, həm mərkəzləşmiş sınaq imtahanlarının nəticələri, həm də yekun illik qiymətlər nəzərə alınıb".


Daha sonra M.Mərdanov rayonlar üzrə də nəticələri açıqlayıb. O qeyd edib ki, imtahanlar 78 rayonda keçirilib və bunun nəticəsində 71.812 nəfər atestat alıb. Bu da ümumi atestat almalı olanların 81,98 faizinin təşkil etdiyini deyən nazir qeyd edib ki, imtahanın nəticələrinə əsasən 18 faiz şagird attestat ala bilməyib. Onun sözlərinə görə, rayonlar üzrə ən aşağı göstərici Astara rayonu, ən yüksək göstərici isə Xətai rayonunda qeydə alınıb. O əlavə edib ki, Bakı üzrə şagirdlərin göstəricilərinin 91,84 faizi nazirliyin tabeliyində olan məktəblərin payına düşür.


Təhsil naziri bu il qızıl və gümüş medal alan məktəblilər barədə danışıb. O qeyd edib ki, bunun üçün bu məsələ ciddi nəzarətdə saxlanılıb, rayonlara müraciət olunub, təşkilat komitəsi yaradılıb: "Belə ki, qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və yekun buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Təhsil Nazirliyi ümumilikdə 60 nəfərin siyahısını TQDK-ya göndərib. Bu namizədlərdən 35 nəfəri həm yoxlama, buraxılış imtahanlarında, həm də TQDK-nın qəbul imtahanlarına hazırlıqla bağlı keçirdiyi sınaq imtahanlarının nəticələrinə görə, qızıl medala, 16 nəfəri isə gümüş medala təltif olunmağa layiq görülüb. 9 nəfərin nəticələri yüksək olmadığından onlar heç bir medalla təltif olunmayıblar. Yekunda nəzərə alınıb ki, TQDK-nın keçirdiyi imtahanlarda 500 baldan aşağı bal toplayanlar gümüş, 600-dən çox bal toplayanlar isə qızıl medala layiq görülsünlər. Qızıl və gümüş medallar gəlincə isə ümumilikdə 35 nəfər imtahanladan qızı, 16 nəfər isə gümüş medallara layiq görülüb. Qızıl medallara layiq görülənlərdən 13 nəfəri Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin, 10 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 5 nəfəri özəl məktəblərin, 7 nəfər isə bölgə məktəblərinin məzunudur. Gümüş medal alanların 5 nəfəri Bakı məktəblərinin, 5 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan məktəblərin, 1 nəfər özəl məktəbin, 5 nəfər isə bölgə məktəblərinin məzunudur. Mən əminəm ki, qızıl və gümüş medal alan şagirdlərin hamısı istədikləri ali məktəblərə daxil ola biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə