Misir Mərdanov: “Azərbaycan ali təhsil məktəblərinin sayını yox, keyfiyyətini artırmaq niyyətindədir”
Ali təhsil ocaqlarında təhsil alan tələbələrin ümumi sayı 140 241 nəfərdir. Onlardan 75 119-u oğlan, 65 122-si isə qızdır. Bunu təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 36 ali dövlət və 15 özəl ali təhsil məktəbi fəaliyyət göstərir: "Hazırda 10 minə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alır, Azərbaycanın özündə təhsil alan xaricilərin sayı isə 7 mindən artıqdır. Eyni zamanda son 20 il ərzində 400 min yerlik yeni məktəblər tikilib. Bundan başqa 17.6 min yerlik məktəbəqər tədris müəssisələri istifadəyə verilib".
Dünya Bankı kimi təşkilatlar Azərbaycana ölkədə ali təhsil məktəblərinin sayını artırmağı tövsiyə etdiyini deyən M. Mərdanov bildirib ki, Azərbaycan ali təhsil məktəblərinin sayını artırmaq niyyətində deyil: "Azərbaycan ali təhsil məktəblərinin sayını yox, keyfiyyətini artırmaq niyyətindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB