Ali təhsilə dəstək Koalisiyası çərçivəsində fəaliyyətlərə start verilib

Ali təhsilə dəstək Koalisiyası çərçivəsində fəaliyyətlərə start verilib

Bu gün Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzində Azərbaycan Tələbələr Birliyinin təşəbbüsü ilə formalaşan "Ali təhsilə dəstək Koalisiyası" çərçivəsində memorandomun imzalama mərasimi təşkil edilib.

SİA-nın xəbərinə görə, memorandumu imzalayan QHT-lər arasında Azərbaycan Tələbələr Birliyi ilə yanaşı, Gənclər üçün Təhsil Mərkəzi, Uğurlu Gələcək İctimai Birliyi, XXI əsr Təhsil Mərkəzi, ESN-Azərbaycan, AEGEE-Bakı, Sağlam Düşüncə Gənclər Təşkilatı, Gəncliyin Səsi Maarifləndirmə İctimai Birliyi, Yeni Gənclik Tələbə Birliyini göstərmək olar.

Tədbirdə Koalisiya çərçivəsində gələcək fəaliyyətlər və Koalisiyanın işləmə mexanizmləri müzakirə edilib. İştirak edən QHT nümayəndələrinin fikirləri dinlənilmiş və təkliflər səslənilib. Sonda Koalisiyanın görüşlərinin ayda iki dəfədən az olmayaraq keçirilməsinə qərar verilib.

Koalisiyanın ilk görüşünün Azərbaycan Tələbələr Birliyinin təşkilatçılığı ilə "Universitetlərdə keyfiyyətli təhsil" mövzusunda olması qərara alınıb. Görüşdə mövzuya uyğun problemlər qeyd ediləcək, təkliflər səsləniləcəkdir. Görüşün sonunda mövzuya uyğun təkliflərin aidiyyəti qurumlara göndərilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə