9 illik təhsil bazası üzrə ərizə qəbulunun başlanması növbəti dəfə təxirə salındı
2011/2012-ci ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun başlanması növbəti dəfə təxirə salındı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, ərizə qəbulunun vaxtının təxirə düşməsi orta ixtisas təhsili müəssisələrinə qəbul aparılacaq plan yerləri barədə məlumatların Azərbaycan Nazirlər Kabineti tərəfindən hələ də TQDK-ya təqdim olunmamasıdır.
"Ərizə qəbulu ilk öncə iyunun 28-dən başlanması nəzərdə tutulmuşdu, lakin sonradan bu vaxt iyunun 30-da başlanması nəzərdə tutulub. Plan yerləri komissiyaya təqdim olunmadığından bu prosesi bu gün də başlamaq mümkün olmadı. Buna görə də Komissiya orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunu başlaya bilmir. Ərizə qəbulunun nə vaxt başlayacağı hələlik məlum deyil.Sənəd qəbulunun başlanma tarixinin bu gün elan edilməsi nəzərdə tutulur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB