Magistraturaya imtahan verənlərin nəzərinə!

Magistraturaya imtahan verənlərin nəzərinə!

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 5-dən 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının mətbuat katibi Elnur Nağızadə məlumat veirb. O bildirib ki, bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.


Magistraturaya qəbul imtahanlarının II mərhələsində istifadə edilən test tapşırıqlarının məzmunu ilə bağlı müraciətlərə TQDK-da iyunun 30-da və iyulun 1-də baxılacağını deyən E.Nağızadənin sözlərinə görə, qəbulun nəticələrinə dair müraciətlərə isə 26- 28 iyul 2011-ci il tarixində saat 9.00-dan 17.00-dək komissiyada təşkil olunan apelyasiya komissiyasında nəzərdən keçiləcək.

"İyunun 26-da keçirilən magistratura imtahanının ikinci mərhələsinin nəticələri ötən gün açıqlanıb. İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan254 nəfəri imtahana gəlməyob.İki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 4396 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3050 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1346 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2112 nəfərini oğlanlar, 2284 nəfərini isə qızlar təşkil edir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com