Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 26-da keçirdiyi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, imtahan ikinci mərhələsində iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 537 nəfəri imtahana gəlməyib. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanıldığını deyən E.Nağızadə vurğulayıb ki, bu il 4396 bakalvr magistratura təhsili almaq hüququ qazanıb.
"Magistraturaya qəbulun nəticələrini artıq İmtahancell xidmətindən öyrənmək olar. Bunun üçün bakalavrların Azercell və Bakcell nömrələrindən iş nömrələrini 7727-yə SMS-lə göndərmələri kifayətdir. Nəticələr qısa müddətdən sonra TQDK-nın internet saytında da yerləşdiriləcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB