Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək istəyən bir neçə şəxs saxlanıldı-FOTOSSESİYA

Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək istəyən bir neçə şəxs saxlanıldı-FOTOSSESİYA

Bu gün saat 16:00-da radələrində bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək istəyi ilə bağlı xəbərlər yayılıb. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq aksiya keçirəcək insanların qarşısını almaq üçün nazirliyin qarşısına polis qüvvələri cəlb edilib.

Ətrafa nəzarət edən polis yaxınlıqdakı avtobus dayanacağında insanlardan şübhəli bilinən 4 nəfəri saxlayıb. Saxlananlar avtobus gözlədiklərini deyərək polisə qarşı heç bir müqavimət göstərməyiblər.

Təhsil Nazirliyinin ətrafı polis əməkdaşları tərəfindən müdafiə olunur. Onlar nəqliyyatın və sakinlərin hərəkətini normallaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə