Abituriyentlərin qəbul imtahanlarına psixoloji cəhətdən hazır olmaları üçün psixoloq məsləhəti-MÜSAHİBƏ
Psixoloq Nigar Rəsullunun SİA-ya müsahibəsi:
- Məlumdur ki, abituriyentlərin bir çoxu qəbul imtahanında psixoloji cəhətdən hazır olmadıqları üçün kəsilirlər. Bütün bunların qarşısını almaq üçün nə etmək lazımdır?
- İlk növbədə demək istəyirəm ki, abituriyentlər sınaq imtahanlarına getsinlər. Sınaq imtahanları abituriyentləri psixoloji cəhətdən imtahanlara hazırlayır. Abituriyentlərin çoxları fikirləşir ki, sınaqlarda ancaq nəzəri biliklərini yoxlayırlar, amma bir az da fikirləşsələr görərlər ki, imtahanlara gedən onlar özlərini sınaqdakı kimi hiss edirlər. Onlar sınaqda olduğu kimi imtahanda da daha rahat, sakit və suallara diqqətli cavab verirlər.
Bundan başqa, abituriyentlərə məsləhət görürəm ki, imtahanlara bir həftə qalmış dərslərə, müəllim yanına getməsinlər. Mümkün qədər bütün ilboyu hazırlaşdıqları kitabları bir kənara qoyub dincəlsinlər. Rahat şəkildə təmiz havada səhər-axşam gəzsinlər. Bundan başqa, imtahanlar haqqında həyəcanla danışan insanlardan uzaq dursunlar. Çünki onlar abituriyentləri stres vəziyyətinə salırlar. Daha çox onlara müsbət enerji verən insanlarla söhbət etsinlər.
Valideynlərə müraciət edib demək istərdim ki, uşaqlara "qəbul olmasan, başımızı aşağı salacaqsan, adımızı batıracaqsan" kimi sözlər deməsinlər. Çünki imtahanda uşaqların beynində ancaq o sözlər fırlanır. Belə olanda o diqqətini toplaya bilmir və suallara da cavab verə bilmir. Bunun nəticəsi də çox mənfi olur. Valideynlər uşaqlara ancaq müsbət enerji versinlər, buna dəstək xarakterli sözlər desinlər.
İmtahan 1 gün qalmış abituriyentlər nə etməlidirlər? Əvvəla abituriyentlər hansı binada imtahan verəcəklərsə, özləri və ya valideynləri oranı dəqiqləşdirsinlər. Çünki komissiyada biz görürük ki, çox problemlər bununla bağlı olur. Çox uşaqlar imtahana gecikir. Ya yeri, ya nəqliyyatı bilmirlər və nəticədə problem olur. İmtahana bir gün qalmış lazım olan bütün sənədləri bir faylın içərisinə qoyub hazırlasınlar. Çünki 10% uşaqlar imtahana gələndə hansısa sənədlərini itirirlər. Bundan əlavə, həmin sənədlərin yanına iki qələm qoysunlar. Qələmlərin təzə olmasına ehtiyac yoxdur. Əsas odur ki, işlək və yazan olsun. Eynək istifadə edən uşaqlar eynəklərini, saatlarını, qazsız suyu da onun yanına qoyub hazır vəziyyətə salsınlar. Yemək üçün bir bulka və ya peçenye ala bilərlər. İmtahana gedəndə pencək, qapalı şəkildə yox, daha rahat və açıq rəngli paltarlar geyinsinlər. Qara paltar geyinməsinlər, çünki bu rəng insanın enerjisini əlindən alır. Çalışsınlar ki, əyinlərində müsbət enerji verəcək, sıxmayan paltarlar olsun.
- İmtahanlardan öncə abituriyentlərin hər hansı bir dərman qəbul etməsi nə dərəcədə düzgündür?
- Adətən qəbul imtahanlarına gələn abituriyentlərinin çoxu \"Valerian\" qəbul edir. Ancaq bütün uşaqlara bunu məsləhət görmürəm. Stres keçirən və ya həyəcanlanan bəzi abiuriyentlərə bu dərmanlar olar, amma hamıya olmaz. Sakit və təmkinli abituriyent dərmanı qəbul etdikdə daha ləng olur. Onlar imtahanda sakitləşir, heç nə vecinə olmur, işləmə prosesi düşür və sair.
- Sonda həm abituriyent, həm valideyn, həm də müəllimlərə məsləhətləriniz...
- Artıq qəbul olmayanda nə olacaqsa, onun haqqında danışmaq olmaz. Uşağı stresə salmaq artıq mümkün deyil. Onlar onsuz da bir ay qalmış yeni material öyrənə bilməyəcəklər, yalnız təkrarlaya biləcəklər. Sadəcə olaraq dincəlməklərini, normal yeməklər qəbul etməyi və yuxarıda sadaladığım məsləhətləri görərdim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB