ATGTİ fəallarının Cənubi Koreyaya səfər başlayır

ATGTİ fəallarının Cənubi Koreyaya səfər başlayır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəalları ölkəmizi və təşkilatımızı beynəlxalq müstəvidə təmsil etməyə davam edirlər.

SİA-nın xəbərinə görə, son bir ay ərzində ATGTİ-nin fəalları Türkiyə, Belarus Respublikası, Tacikistan və Gürcüstanda səfərdə olublar. İttifaq fəallarının növbəti səfəri 30 iyun – 10 iyul 2011-ci il tarixlərində Cənubi Koreya Respublikasına olacaq. Gənclər və İdman Nazirliyinin rəsmisi Atif Qəmbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri daxildir. Nümayəndələrimiz səfər müddətində C.Koreyanın paytaxtı Seula və ölkənin 2-ci böyük şəhəri Busanda olacaqlar.

Səfərdə azərbaycanlı gənclər C.Koreyanın tarixi və mədəniyyatı ilə yaxından tanış olacaq, müxtəlif rəsmi görüşlərdə iştirak edəcəklər. Eyni zamanda ölkəmizin tarix və mədəniyyətinin təqdimatını keçirəcək və bu məqsədlə zəngin mədəni irsimizi əks etdirən video-çarxlar nümayiş etdirəcək, qarşı tərəfə buklet və kitablar təqdim edəcəklər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Koreya Respublikası Milli Gənclər Komissiyasıarasında gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir vəbu Memoranduma əsasən koreyalı gənclər cari ilin 31 may-8 iyun tarixlərində Azərbaycanda səfərdə olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə