ADU-da məzun günü keçiriləcək

ADU-da məzun günü keçiriləcək

İyunun 30-da Azərbaycan Dillər Universitetinin (ADU) tələbələrinin "Məzun günü" keçiriləcək. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, "Məzun günü" 2 hissədən ibarət olacaq. Əvvəlcə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov giriş nitqi söyləyəcək. Tədbirdə, həmçinin universiteti bitirən tələbə və onların valideynləri də çıxış edəcək. Daha sonra ADU-nun rektoru universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplom təqdim edəcək. Tədbirin ikinci hissəsində isə Azərbaycanın populyar estrada ulduzlarının iştirakı ilə konsert və diskoteka təşkil ediləcək.

Qeyd edək ki, "Məzun günü"ndə gənclər və idman nazirinin müavini İntiqam Babayevin, təhsil nazirinin müavini Elmar Qasımovun, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının və Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin də iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə