M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2011/2012-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə ödənişsiz əsaslarla (bakalavr pilləsi, rus bölməsi) tələbə qəbulu elan edir:
1. Filologiya – 25 yer
(rus və roman-german filologiyası)
a) rus filologiyası
b) ingilis filologiyası
c) italyan filologiyası
2. Tətbiqi riyaziyyat - 25 yer
3. Kimya - 25 yer.
4. Psixologiya – 25 yer
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən
aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300
və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə aparılacaq:
1. Filologiya fakültəsi:
a) rus filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
b) roman-german filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
xarici dil (yazılı)
2. Kimya
fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
kimya (yazılı)
3. Tətbiqi
riyaziyyat fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə)
biologiya (yazılı)
Qəbul
imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına
aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. TQDK-nın "ödəmə kartı"
2. Orta təhsil haqqında
sənəd (attestat, əsli)
3. Şəxsiyyət vəsiqəsi
4. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur.
Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir.
Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına MDU-da təhsil almaq imkanı əldə edəcəklər.
Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcəkdir.
Sənədlər 6-25 iyul 2011-ci il tarixlərində saat 9.00-dan 18.00-dək qəbul olunacaq.
Qəbul imtahanları 26 iyul – 01 avqust 2011-ci il tarixlərində keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB