Prezident İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda müsabiqədə müvəffəqiyyət qazanmış ümumi təhsil müəssisələrinə 10 min manat məbləğində birdəfəlik pul mükafatının verilməsi nəzərdə tutulub.
Mükafatlandırılan məktəblərin siyahısına Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir çox rayon və kəndlərinin fərqlənən 50 tam orta məktəb və məktəb-liseyləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə