Ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların yekun nəticələri açıqlanıb

Ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların yekun nəticələri açıqlanıb

Təhsil Nazirliyi 2010/2011-ci dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların yekun nəticələrini açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, nəticələr exam.edu.gov.az saytında yerləşdirilib.

IX siniflər ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab veriblər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndirilib\".

Bütün xəbərlər Facebook səhifəmizdə