“Azərbaycanda geokimya elminin inkişafı” mövzusunda elmi sessiya keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda "Azərbaycanda geokimya elminin inkişafı" mövzusunda elmi sessiya keçirilib. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin 20 illiyi və 2011-ci ilin Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq kimya ili elan edilməsi münasibəti ilə təşkil olunub.
Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse prezidenti, Geologiya İnstitunun direktoru, akademik Akif Əlizadə bildirib ki, bu il bütün dünyada beynəlxalq kimya ili elan edilib. Onun sözlərinə görə, geokimya sahəsində tədqiqatlar sistematik olmasa da aparılır və müəyyən nəticələri əldə olunur. Son 20 ildə Azərbaycan alimlərinin geokimya elminin inkişafında mühüm uğurlar əldə etdiyini deyən A.Əlizadə qeyd edib ki, ötən müddət ərzində institutun alimləri Azərbaycanda filiz, neft-qaz yataqlarının, palçıq vulkanlarının öyrənilməsi istiqamətində çoxsaylı araşdırmalar aparıblar. Geokimya elminin hələ sovet dövründən inkişaf etməyə başladığını deyən institutun direktoru vurğulayıb ki, hazırda institutun alimləri "2007-2014-cü illər ərzində Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı"nın icrasında iştirak edirlər.O qeyd edib ki, müəyyən çatışmazlıq və çətinliklərin olmasına baxmayaraq bu elm sahəsində alimlər müəyyən nailiyyətlə əldə ediblər.
Tədbirin davamında akademik Əkbər Feyzullayev "Azərbaycanda neftin və qazın geokimyəvi tədqiqatlarda müasir metodlar və nailiyyətlər haqqında" mövzusunda məruzə ilə çıxış edib. Daha sonra elmi sessiyada alimlər son 20 ildə Azərbaycanda geokimya elminin inkişaf tarixindən bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB