Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri iyunun 29-da açıqlanacaq
İyunun 26-da keçirilən təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsininin nəticələrinin iyunun 29-da açıqlanması nəzərdə tutulur. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, hazırda komissiya tərəfindən cavab kartlarının emalı prosesi aparılır.
Onun sözlərinə görə, imtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 537 nəfəri imtahana gəlməyib: "İmtahan bütün binalarda saat 14:00-da başlanıb və sualları cavablandırmaq üçün bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB