“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 26-da Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib.

SİA-nın məlumatına görə, imtahanda iştirak etmək hüququ olan 2541 abituriyentdən 1994 nəfəri imtahanda iştirak edib, 547 abituriyent imtahana gəlməyib.

İmtahanın nəticələri iyunun 27-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənmək olar. Bunun üçün Azercell və Bakcell nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

İmtahanda iştirak edən abituriyentlərdən 936 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıblar.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə