Nazirlik rəsmisi: “Kurikulumda ibtidai sinif müəlliminin razılığı olarsa, dərslər ixtisas müəllimlərinə verilə bilər”

Nazirlik rəsmisi: “Kurikulumda ibtidai sinif müəlliminin razılığı olarsa, dərslər ixtisas müəllimlərinə verilə bilər”

\"Azərbaycanın bütün müəllimləri kurikulum üzrə hazırlıqdan keçəcəklər\". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, kurikulum yalnız ibtidai sinifdən başlandığı üçün bu il yalnız ibtidai sinif müəllimlərinə aid olub. Növbəti ildən V sinifdə də kurikulum sisteminin tətbiq ediləcəyini deyən F.Qədirov söyləyib ki, bundan sonra artıq bütün müəllimlər tərəfindən hazırlıqda keçirilməyə başlanacaq.

"Ancaq nazirliyin fikrincə, ibtidai siniflərdə mövcud dərsləri sinif müəllimləri deməlidir. Əlbəttə, o xarici dil dərsini deyə bilmir və informatika dərsini keçməkdə bəzi hallarda çətinlik çəkirlər, amma digər fənləri onlar özləri deməlidirlər. Amma belə bir hal mövcuddur ki, bəzən onların razılığı əsasında bir sıra fənlər üzrə dərsləri-musiqi, fiziki tərbiyə, əmək və digər dərsləri ixtisas müəllimləri deyə bilər. Əgər ibtidai sinif müəllimi razılığı olarsa, direktor bu dərsləri ixtisas müəllimlərinə verə bilər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə