Rektor: \"Müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi onların sosial məsələlərini yaxşılaşdıracaq\"
\"Ali məktəb müəllimlərinin və AMEA alimlərinin yaş senzinin ortadan götürülməsi çox tarixi bir addım oldu\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, bundan əlavə, təqaüdə çıxan alimlərin elmi ada görə maaşlarının artırılması məsələsində də çox böyük güzəştlər olub. Onun sözlərinə görə, müəllimlərə xüsusi dövlət qulluqçusu statusunun verilməsi onların sosial məsələlərini yaxşılaşdıracaq, ümumiyyətlə ölkədə çox yüksək ab-hava və müsbət dinamikaya səbəb olacaq.
"Azərbaycan həmişə ziyalıları, alimləri ilə fəxr edib. Bu kimi addımlar həm gənc, həm də yaşlı alimlərdə yeni stimul yaradacaq. İldən-ilə maaş artımı gedir. Həm müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi, həm də maaşların artırılması əlavə stimul yaradacaq ki, gənclər daha ticarətlə məşğul olmasın və elmə, təhsilə meyllənsin. Daha çox isə cəmiyyətin bazasını təşkil edən fundamental elmlərə. Son zamanlar Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə 600, kimya fakultəsinə 400, biologiya fakultəsinə 500, riyaziyyat fakultəsinə 370-dən yuxarı bal toplayanlar daxil olur. Bu da onu göstərir ki, elmə, təhsilə diqqət artır. Bunu da stimullaşdırmaq üçün dövlət təbliğatı olmalıdır".
Müəllimlərin maaşlarının əhəmiyyətli dərəcədə artırılmasının nəzərdə tutulduğunu deyən A.Məhərrəmov bildirib ki, bu da onların sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB