İqtisad Universitetində çalışan 240-a yaxın 65 yaşdan yuxarı müəllim öz işini davam etdirəcək
Müəllimlərin dövlət qulluğu ilə bağlı statusunun müəyyənləşməsi ilə bağlı hazırda konsepsiya hazırlanır. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, dövlət qulluğu statusu verilən işçilərin işəgötürmə mexanizmi, qanun layihəsi var. Onun sözlərinə görə, konsepsiya hazır olandan sonra müəllimlər işə dövlət qulluğu statusu verilən işçilərin işəgötürmə mexanizminə və müvafiq qanuna uyğun olaraq onlar işə götürüləcəklər.
Yaş həddinin elmi və ali təhsil müəssisələrində çalışanlara aid olmayacağını deyən Ş.Hacıyev yaşı 65-i keçən Azərbaycan Dövlət İqtisad Universiteti müəllimlərinin fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində çalışan 887 müəllimin 240-a yaxınının yaşının 65-dən yuxarı olduğunu söyləyib.
Ş.Hacıyev "Elm siyasəti haqqında" qanun layihəsinə də müraciət edib. Onun szölərinə görə, qanun layihəsi artıq hazırdır və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB