TQDK sədri: “Abituriyentlər hərbi parad günü imtahana gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər”

TQDK sədri: “Abituriyentlər hərbi parad günü imtahana gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər”

"İyunun 26-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 3 imtahan-magistranın ikinci mərhələsi, rus bölməsi üzrə "Azərbaycan dili" və vəkilliyə qəbul olmaq istəyən şəxslər üçün imtahan keçirəcək. Bu gün saat 10:00-a olan məlumat görə, magistraturanın ikinci mərhələsinin imtahanında iştirak etmək üçün 7863 bakalavr öz ərizəsini təsdiqləyib. Onlardan 7000 bakalavr öz buraxılış vərəqəsini əldə edib, 863 nəfər isə hələ bu prosesi həyata keçirməyib". SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, "Azərbaycan dili" imtahanı verəcək rus bölməsinin 2540 abituriyentindən isə 1700 nəfəri öz buraxılış vərəqəsini çap edib. Onun sözlərinə görə, 840 abituriyent isə buraxılış vərəqələrini hələ də çap etməyib.


İyunun 26-da keçiriləcək hərbi paradla əlaqədar olaraq bəzi küçələrdə gediş-gəlişin dayandırılacağını deyən M.Abbaszadənin sözlərinə görə, həmin gün magistraturanın ikinci mərhələsinə imtahan verəcək bakalavrlar və "Azərbaycan dili" imtahanı verəcək rus bölməsinin abituriyentlər və vəkil olmaq istəyən namizədlər imtahana gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər.


"TQDK-nın imtahan binaları hərbi paradla əlaqədar gediş-gəliş dayandırılan küçələrdə. Amma biz bilmirik ki, imtahan verəcək insanlar harada yaşayır. Həmin ərazilərdə abituriyentlərdən və bakalavrlardan kimsə yaşaya bilər. Onlar hərbi parad keçiriləcəyini nəzərə almalı, imtahana buraxılış vərəqələrini vaxtında çap etməli, əgər həmin ərazidə yaşayırlarsa, bir gün əvvəldən ayrı yerdə gecələməli, imtahan keçiriləcək ünvana vaxtında çatmağı planlaşdırmalıdırlar", - deyə o əlavə edib.


Daha sonra M.Abbaszadə imtahan verəcək şəxslərə bəzi müraciətlə edib. O bildirib ki, hər il imtahanlara gələn abituriyentlər hansısa sənədlərinin yaddan çıxdığını, evdə qaldığını deyirlər: "Bundan əlavə, onlar şəxsiyyət vəsiqələrini müəyyən səbəbdən dəyişə bilərlər. Bu hadisənin baş verməsi vacib hadisə deyil. Apreldə hansı şəxsiyyət vəsiqəsilə ərizə veribsə, imtahana da onunla gələ bilər. Əgər 2-3 ay müddətində imtahan verən hər hansı bir qız ailə həyatı qurubsa, öz sənədini imtahan verəndən sonra da dəyişə bilər. Bəzən onlar imtahana gəlmədən öncə forma7 arayışını təqdim edir. Bütün bunların yoxlanmasında vaxt sərf olunur və nəticədə abituriyent bundan əziyyət çəkir".

Bütün xəbərlər Facebook səhifəmizdə