Məleykə Abbaszadə: “Təhsil Nazirliyi attestat bazasını bu gün komissiyaya təqdim edəcəyinə söz verib”
"Təhsil Nazirliyi vaxtında məlumat bazasını komissiyaya təqdim etsə, təsdiqləmə prosesi aradan götürüləcək. Bu gün nazirliklə yenidən əlaqə saxladıq və söz verilib ki, həmin attestat bazası bu gün axşam bizə veriləcək". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, ötən gün Təhsil Nazirliyi attestat qiymətlərini açıqlayıb. Gələn həftənin birinci günündən III qrupun attestat qiymətlərinin "İmtahana buraxılış vəsiqəsi"ni saytdan asılacağını deyən M.Abbaszadə bildirib ki, onları çap etmək üçün abituriyentlər attestat qiymətlərini öz ərizələrinə daxil etməli, onu Sənəd Qəbulu Komissiyasında təsdiqləməli və buraxılış vərəqlərini çap edib götürməlidirlər. Onun sözlərinə görə, bu il elektron ərizə verən 110 min abituriyentin 63150 nəfəri cari ilin məzunlarıdır.
"Abituriyentin qalan 40 mini əvvəlki illərin məzunlarıdır və onlar artıq ərizələrini təsdiqləyib və "İmtahana buraxılış vəsiqəsi"ni çap etməlidirlər. Məzunların arasında öz ərizələrində şagird kodunu göstərənlər 58720 nəfərdir. Onların qiymətlərini həmin bazadan onların ərizələrinə avtomatik olaraq köçürüb, yalnız buraxılış vərəqlərini çap edərək götürməyə imkan yaradacağıq. 58 minin arasında 860 nəfər öz şagird kodunu səhv göstərib. Onların şagird kodları bizə verilən şagird kodları ilə üst-üstə düşmür və ona görə də Sənəd Qəbulu Komissiyalarına müraciət etməyə məcbur olacaqlar. Müəyyən regionlarda-Naxçıvanda, Zaqatalada milli məktəblərdə belə buraxılış imtahanları keçirilmir. Təxminən həmin imtahanlarda iştirak etməyənlər 4430 nəfərdir. Ərizələrində şagird kodlarını göstərməyənlər attestatlarını ərizələrinə daxil edərək Sənəd Qəbulu Komissiyalarında ərizələrini təsdiqləməlidirlər. Beləliklə, attestat qiymətlərini nəzərə alaraq sənəd qəbulu komissiyasında ərizələrini təsdiq etdirmək üçün getməyən məzunların sayı 57660 nəfərdir. Təbii ki, bu rəqəmlər dəyişə bilər. çünki onların arasında attestat almayanlar olacaq. Onların "İmtahana buraxılış vərəqəsi" açılmasa demək ki, onun sənədində nəsə problemi var. Onunla əlaqədar mətn çıxacaq və belə hallar da var. Bizə hələ baza daxil olmadığı üçün yoxlamamışıq. Bu rəqəmləri indiyədək yoxladımız şifrələr, şagird kodları ilə əlaqədar müəyyənləşdirmişik. Bu günə qədər təsdiqə gedənlərin sayı 5290 nəfərdir. Bu isə o deməkdir ki, 10%-dən də az məzunlar təsdiqə getməli olacaqlar. Mən ümidvaram ki, nəticə belə də olacaq. I gün yalnız III qrupun "İmtahana buraxılış vəsiqəsi" saytda yerləşdiriləcək. Xahiş edirəm ki, yalnız III qrupun abituriyentləri öz ərizələrini baxsınlar və onlar buraxılış vərəqəsini görəcəklərsə, demək heç bir problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB