İyulun 1-dən yeni müsabiqə üçün vakant müəllim yerləri elan ediləcək-AÇIQLAMA
"Bu il Azərbaycanda orta məktəb müəllimləri təyinatla göndərilməyəcək. İşə göndəriləcək bütün müəllimlər müsabiqədən keçəcək".SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib. O bildirib ki, iyulun 1-dən vakant müəllim yerləri elan ediləcək və elektron ərizələr qəbul olunacaq. Onun sözlərinə görə, burada həm ümumi qayda ilə işə qəbul, həm də güzəştli şərtlərlə ucqar kənd məktəblərinə qəbul prosesi barədə məlumat veriləcək. İyulun 15-nə qədər sənədlərin qəbul olunacağını deyən F.Qədirov sonradan Təhsil Nazirliyi tərəfindən müəyyən təhlillərin aparılacağını və avqust ayında isə ütün müraciət edən müəllimlərlə fənlər üzrə imtahan keçiriləcəyini söyləyib.
"Güman edirik ki, yeni dərs ili başlayanadək biz artıq müəllimləri iş yerlərinə göndərə biləcəyik. Ölkədə 2 minə qədər vakant müəllim yeri var. Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə, gənclərin çağırışa qədərki hazırlığı, informatika fənləri, rayon yerlərində daha çox Azərbaycan dili, ədəbiyyat, kimya, fizika, biologiya, informatika və xarici dil müəllimlərinə ehtiyac var. Daha çox müəllim ehtiyacı İmişli, Yardımlı, Masallı, Cəlilabad rayonlarındadır", - deyə o əlavə edib.F. Qədirov onu da qeyd edib ki, hələlik Azərbaycanda müəllimlərin attestasiyasını keçirməyə ehtiyac yoxdur: "Dünyada da müəllimlərin attestasiyası adlı mexanizm yoxdur. Hər təhsil müəssisəsi özü mütəmadi olaraq müəllimləri monitorinqini keçirir, müşahidələr aparır və onların fəaliyyətini qiymətləndirir. Müəllimlərin inkişafı ilə məktəb məşğul olmalıdır. Təhsil Nazirliyi ölkədə olan 170 minə yaxın müəllimin monitorinqini apara bilməz. Təhsil müəssisələrinə, yerli idarəetmə orqanlarına tapşırıq vermişik və onlar mütəmadi olaraq bu işləri aparırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB