Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni saziş imzalanıb

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni saziş imzalanıb

Azərbaycan və Türkiyə universitetləri arasında əməkdaşlıq sazişi imzalanıb. SİA-nın məlumatına görə, Müəllimlər İnstitutu ilə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti arasında imzalanan sazişdə müəllim və tələbə mübadiləsi, birgə seminarların və qısamüddətli akademik proqramların təşkili kimi bir sıra məsələlər öz əksini tapıb. Əməkdaşlığın əsas istiqamətlərinin isə, müəllim hazırlığı, distant və əlavə təhsil olduğu bildirilib.

Qeyd edək ki, 1954-cü ildə yaradılan Atatürk Universitetində 18 fakültə üzrə 43000 nəfər tələbə təhsil alır. Eyni zamanda, universitetin 23000 distant təhsil alan tələbəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə