Millət vəkili: “Səhiyyə sistemində həkimlə xəstənin münasibətlərini tənzimləyən hüquqi normalar işləməlidir”-AÇIQLAMA

Millət vəkili: “Səhiyyə sistemində həkimlə xəstənin münasibətlərini tənzimləyən hüquqi normalar işləməlidir”-AÇIQLAMA

"Hazırda "Xəstələrin hüquqları haqqında" qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Parlamentin İnsan hüquqları və Sosial siyasət komitələrinin birgə hazırladığı bu layihə beynəlxalq təcrübə nəzərə alınmaqla, beynəlxalq konvensiyalar əsasında yenidən işlənilib. Ümid edirəm ki, bu qanun müasir bir qanun olacaq". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva məlumat verib. O bildirib ki, Azərbaycanda həkimlərin düzgün müalicə etmədikləri xəstələrə buna görə ödəyəcəyi kompensasiya məbləğinin təqdim edilməsi artıq mexanizmdir. Millət vəkilinin sözlərinə görə, bununla bağlı hələ müzakirələr aparılmalı və kompensasiyanın məbləği ilə bağlı Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyinin öz fikirləri olmalıdır.

"Amma xəstənin hüquqları o demək deyil ki, yalnız xəstəyə kompensasiya ödənilmədir. Bizim cəmiyyətdə səhiyyə sistemində mütləq həkimlə xəstənin münasibətlərini tənzimləyən hüquqi baza olmalı və hüquqi normalar işləməlidir ki, bunlar da həm xəstəni, həm də həkimi müdafiə etməlidir.

Məsələn, xəstə deyir ki, mən zond udmaq istəmirəm. Amma zond udmaqla onun diaqnozu aşkarlanırsa və xəstə bundan imtina edirsə, onda o, imtinasını rəsmi şəkildə təsdiqləmək üçün sənədə qol çəkməlidir. Bu halda xəstə ilə bağlı sabah bir şey çıxsa, problem yaranarsa, onda həkimin də hüququ qorunur. Tibbi müəssisəyə daxil olan xəstə görməlidir ki, ona görə məsuliyyət daşıyırlar. Belə hüquqi baza mütləq olmalıdır. Xəstənin hüququ bazasında bir çox məsələlər qeyd olunub", - deyə A.Mustafayeva əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə