Bu ilin avqust ayında MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" təşkil olunacaq. Yay məktəbi MDB Ölkələrinin Humanitar Əməkdaşlıq Fondu və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu "Gənc Alimlərin İntellektual İnkişaf Mərkəzi" ilə birlikdə baş tutacaq. Bu barədə SİA-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova məlumat verib. O bildirib ki, bu, MDB-nin yarandığı müddət ərzində ilk dəfə olaraq və Tovuz rayonunda fəaliyyət göstərən arxeoloji ekspedisiyanın nəzdində "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində keçiriləcək.
Onun sözlərinə görə, cari il üçün MDB-nin geniş miqyaslı layihəsi dünyanın 8 ölkəsində təşkil olunacaq. M.Rəhimova qeyd edib ki, Azərbaycanda MDB arxeoloqlarından ibarət fəaliyyəti, nəzərdə tutulan ekspedisiyanın tərkibi MDB ölkələrinin Elmlər Akademiyalarının müsabiqə yolu ilə seçilən namizədlərindən ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB