Rus bölməsinin abituriyentləri buraxılış vərəqələrini ala bilərlər

Rus bölməsinin abituriyentləri buraxılış vərəqələrini ala bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) "Azərbaycan dili" fənni üzrə imtahan verəcək rus bölməsi abituriyentlərinə müraciət edib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, abituriyentlər bu gündən etibarən komissiyanın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Onun sözlərinə görə, "İmtahana buraxılış vərəqəsi"ni çap etməyən abituriyentlər imtahana buraxılmayacaq.

"Rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə növbəti imtahan iyunun 26-sı Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bu il "Azərbaycan dili" fənni üzrə ilk imtahan mayın 22-də keçirilib. Həmin imtahanda iştirak edən 10087 abituriyentdən 8696 nəfəri imtahanda uğur qazanıb.

İyunun 26-da keçiriləcək "Azərbaycan dili" imtahanında 2538 abituriyentin iştirakı nəzərdə tutulur ki, onlardan 1572 nəfəri mayın 22-də keçirilən imtahandan qeyri-məqbul qiyməti alanlar, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə