Paytaxtda IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir

Paytaxtda IX sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir

Bu gün Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. SİA-nın xəbərinə görə, 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan aparılır.

Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə