Nazirlər Kabineti magistratura və rezidentura üzrə ixtisasların təsnifatını təsdiqləyib

Nazirlər Kabineti magistratura və rezidentura üzrə ixtisasların təsnifatını təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nı, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nı və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nı təsdiqləyib.

Nazirlər Kabinetindən SİA-ya daxil olan məlumata görə, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə minir.


Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına uyğun olaraq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), fizika, riyaziyyat, texnologiya müəllimliyi, musiqi, biologiya, kimya, tarix, coğrafiya, informatika, ibtidai sinif müəllimliyi, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq və s. ixtisaslar qrupuna daxil olan bütün ixtisasları bitirən bakalavrlar pedaqogika ixtisası üzrə magistraturaya qəbul oluna bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com