Nazir: “Bütün həkimlərdən tələb olunur ki, xəstələrinə böyük diqqət, qayğı ilə yanaşsınlar”
\"İl ərzində görülən işlər göstərir ki, doğrudan da Azərbaycanda insanların sağlamlığının qorunmasına böyük diqqət var\". SİA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib. O bildirib ki, prezident İlham Əliyev tərəfindən yüzlərlə tikilən yeni-yeni tibb müəssisələri nəinki Bakıda, hətta bütün ölkə ərazisində mövcuddur. Nazirin sözlərinə görə, ölkənin elə bir regionu yoxdur ki, orda tibb müəssisələri əsaslı təmir olunmasın.
O.Şirəliyev qeyd edib ki, Azərbaycandakı bir çox tibb müəssisələri Avropanın ən müasir tibb müəssisələrində olan avadanlıqlarla təchiz olunub: "Azərbaycanın bütün bölgələrində tibb xidməti çox yüksək səviyyədədir. Açıq ürək, endoskopik cərrahiyə əməliyyatları ən müasir müalicə, diaqnostika metodları ilə bütün Azərbaycanda həyata keçirilir. Bütün səhiyyə işçiləri də çalışır ki, bu yeni avadanlıqla, yeni təchizatla layiqli şəkildə bütün insanlara xidmət göstərsinlər. Əlbəttə ki, hələ bizim qarşımızda çox işlər var. Cənab prezidentimizin sözü ilə desək, bütün lazımlı avadanlıqlar ən yüksək səviyyədə bütün müəssisələrdə var. Bütün həkimlərdən də tələb olunur ki, onlardan düzgün istifadə etsinlər və xəstələrinə çox böyük diqqət və qayğı ilə yanaşsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB