Şirvanda tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Şirvanda tibb işçiləri peşə bayramlarını qeyd ediblər

Bu gün tibb işçilərinin peşə bayramı günüdür. Bu məqsədlə Şirvan şəhər mərkəzi xəstəxanasının tibb işçiləri ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. SİA-nın Aran bürosunun məlumatına görə, mərkəzi xəstəxanada keçirilən tədbirdə baş həkim Fərhad Səfərov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək insan sağlamlığının keşiyində daha da ayıq-sayıq və məsuliyyətli dayanmalarını arzulayıb.

Ölkə başçısı İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət ayirması nəticəsində Şirvan xəstəxanasının ən yeni müasir tələblər səviyyəsində əsaslı təmir edilərək tibbi avadanlıqlarla təmin olunmasını onların qarşısında böyük məsuliyyət qoyduğunu vurğulayan baş həkim, "Səmərəli fəaliyyət üçün yaradılan şəraitə görə əhaliyyə layiqli xidmət göstərəcəyik", deyib. Bayram tədbirində Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Tədbirin sonunda bir qurup qabaqcıl səhiyyə işçisinə fəxri fərmanlar və diplomlar təqdim olunub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə