TQDK Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək

TQDK Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 26-da Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən TQDK sədrinin müavini Namiq Babayev bildirib ki, sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 605 nəfərin namizədliyinin qeydə alındığını deyən sədr müavini vurğulayıb ki, imtahanda namizədlərə 100 sualdan ibarət test tapşırığı təqdim olunacaq.

"Vəkillər Kollegiyası tərəfindən hazırlanan 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyini, TQDK tərəfindən hazırlanan 20 sual isə onların məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edəcək. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticələrinə təsir göstərməyəcək. Test imtahanından 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar. İmtahan 3 saat müddətində aparılır. Nəticələr həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək və Vəkillər Kollegiyasına təqdim olunacaq. Namizədlərə bilavasitə sənəd verdikləri komissiyada ballar haqqında arayış veriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə