Səhiyyə işçiləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu gün səhiyyə işçiləri peşə bayramlarını qeyd edirlər. SİA-nın
xəbərinə görə, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər
il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi
qeyd olunur.
Bu
gün peşə bayramı
münasibətilə səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla bir qrup səhiyyə
işçisi və tibb elminin nümayəndələri Fəxri Xiyabanı ziyarət edərək ümummilli
lider Heydər Əliyev və akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarına əklil qoyublar. Bundan
əlavə, səhiyyə işçiləri Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda
canından keçən şəhidlərin ruhunu əziz tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB