Anar Qədirli: \"Peşə bayramı ilə əlaqədar hər hansı bir geniş tərkibli tədbirin keçirilməsi nəzərdə tutulmayıb\"

Anar Qədirli: \"Peşə bayramı ilə əlaqədar hər hansı bir geniş tərkibli tədbirin keçirilməsi nəzərdə tutulmayıb\"

Hər il olduğu kimi bu il də iyunun 17-də səhiyyə işçiləri peşə bayramlarını qeyd edəcək. Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il sərancamına əsasən hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya bildirib ki, peşə bayramı ilə əlaqədar hər hansı bir geniş tərkibli tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev başda olmaqla bir qrup səhiyyə işçisi və tibb elminin nümayəndələri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarına əklil qoyacaqlarlar.

Bütün xəbərlər Facebook səhifəmizdə