Magistraturaya qəbul olmaq istəyən 7846 bakalavr öz ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmalarını təsdiq edib

Magistraturaya qəbul olmaq istəyən 7846 bakalavr öz ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmalarını təsdiq edib

İyunun 16-da ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrlar üçün ayrılan vaxt başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, magistraturaya qəbul imtahanının birinci mərhələsindən uğurla keçən 8000 bakalavrdan 7846-sı ikinci mərhələdə iştirak etmək üçün internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları təsdiq ediblər. Onun sözlərinə görə, hazırda bakalavrların elektron ərizələrinin statistik təhlili həyata keçirilir.

Ali məktəblərin magistraturasına qəbul imtahanlarının ikinci mərhələsinin iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcəyini deyən E.Nağızadə qeyd edib ki, müəyyən tarixədək internetlə proqram və ixtisaslaşma seçimlərini təsdiqləməyənlərbu imtahanda iştirak edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə