Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidməti tələbələr arasında "Yay tətili günlərində çəkilmiş ən yaxşı şəkil" adlı foto - müsabiqə elan edib.
ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, müsabiqənin şərtlərinə əsasən, ADU tələbələri yay tətili günlərində yaşadıqları gözəl anları, xoş dəqiqələri fotoaparatın lentinə köçürməlidirlər. AFB-dən seçilən münsiflər heyəti maraqlı hesab edilən fotoların müəlliflərini təyin edəcək və onları müxtəlif hədiyyələrlə təltif edəcəklər.
Bundan əlavə, həmin fotolardan ibarət sərginin keçiriləcəyi də nəzərdə tutulur. Fotolar CD formatında 2011-ci il oktyabrın 1-dək ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB