Magistraturaya proqram və ixtisaslaşmalar seçimi üçün nəzərdə tutulmuş vaxt uzadılıb

Magistraturaya proqram və ixtisaslaşmalar seçimi üçün nəzərdə tutulmuş vaxt uzadılıb

Ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların proqram və ixtisaslaşma seçimi edərək təsdiqləmələri üçün nəzərdə tutulan vaxt 16 iyun 2011-ci il saat 11:00-dək uzadılır.


TQDK-dən SİA-ya verilən xəbərə görə, imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlardan qeyd olunan tarixədək internetlə proqram və ixtisaslaşma seçimlərini təsdiqləməyənləriyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak edə bilməyəcəklər

Bütün xəbərlər Facebook səhifəmizdə