Bu il 258 nəfər qidadan zəhərlənib

Bu il 258 nəfər qidadan zəhərlənib

Respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin 5 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitar norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 225 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 112 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 41 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 2650, mikrobioloji göstəricilərinə görə 1409, toksikoloji göstəricilərinə görə 296, radioloji göstəricilərinə görə 61 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 29-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 5805 yaxma nümunəsi, 81 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 84-də mikrobioloji çirklənmə aşkar edilib.

5 ay ərzində əhali arasında 258 qida zəhərlənməsi hadisəsi baş vermiş, 325 nəfər zərərçəkən olub. O cümlədən 17 botulizm hadisəsi baş vermiş, 35 nəfər zərərçəkən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə